Türkiyədə yük qatarı qəzaya uğrayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin Bursa vilayətində yük qatarı relsdən çıxıb.

AzerTimes-ın məlumatına görə, qəza ilə əlaqədar vilayət ərazisində yük daşımaları dayandırılıb.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb. Bölgəyə xilasedicilər cəlb olunub.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.