Türkiyədə yanğın istilik elektrik stansiyasına yaxınlaşıb

Türkiyədə meşə yanğını Kəmərköy şəhərinin istilik elektrik stansiyasına yaxınlaşıb.

AzerTimes-ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, küləyin təsiriylə yayılan yanğın stansiyanın hasarına çatıb. İstilik elektrik stansiyasının ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.

Yanğının söndürülməsinə su tankerləri və yanğınsöndürən avtomobillər cəlb olunub. Stansiyanın əməkdaşları təxliyə edilib, yanan və partlayıcı maddələr ərazidən çıxarılıb.


Bildirilir ki, güclü küləklər yanğının söndürülməsini çətinləşdirir.