Türkiyədə turist avtobusu qəzaya uğrayıb, ölənlər var

Türkiyənin Antalya vilayətinin Manavgat şəhərində turistləri daşıyan avtobus qəzaya uğrayıb.

AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 3 nəfər Rusiya vətəndaşı həlak olub, 5 nəfər isə xəsarət alıb.


Bildirilir ki, avtobusda aralarında doqquzu uşaq olmaqla 22 sərnişin daşınıb.