Türkiyədə son sutkada koronavirusdan 5 932 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 159 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 24 487 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 435 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 406 216 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 5 932 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 283 919 nəfər təşkil edir.