Türkiyədə son sutkada koronavirusdan 4 632 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 71 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 48 950 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 6 221 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 348 249 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 4 632 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 215 654 nəfər təşkil edir.