Türkiyədə son sutkada koronavirusdan 29 191 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 276 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 334 535 nəfər test edilib, 27 802 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 29 191 nəfər sağalıb.