Türkiyədə son sutkada koronavirusdan 25 627 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 193 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 32 456 nəfərə çatıb.


Bildirilib ki, ölkədə 42 551 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 529 601 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 25 627 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 130 977 nəfər təşkil edir.