Türkiyədə son sutkada koronavirusdan 18 119 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 87 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 29 864 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 21 030 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 971 633 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 18 119 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 788 757 nəfər təşkil edir.