Türkiyədə son sutkada koronavirusdan 17 764 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 153 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 31 076 nəfərə çatıb.


Bildirilib ki, ölkədə 29 058 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 208 173 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 17 764 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 957 093 nəfər təşkil edir.