Türkiyədə son sutkada koronavirusdan 15 516 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 68 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 29 489 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 13 378 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 879 390 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 15 516 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 701 076 nəfər təşkil edir.