Türkiyədə şəhid general Polad Həşimovun adına parkın açılışı edildi

Türkiyədə şəhid general Polad Həşimovun adına parkın açılışı edildi

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində ölkəmizə xain hücumları nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin generalı Polad Həşimovun əziz xatirəsi Türkiyədə əbədiləşdirilib.

Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

Parkın açılış mərasimi Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onların ruhuna dualar oxunub.

Qeyd edək ki, general Polad Həşimov adına park Bursanın Osmanqazi Bələdiyyə Məclisinin qərarı ilə salınıb.

Türkiyədə şəhid general Polad Həşimovun adına park açıldı