Türkiyədə deputat həbs edildi

Türkiyədə deputat həbs edildi

Türkiyədə Xalqların Demokratik Partiyasından (HDP) deputat seçilən Besimə Qönçə həbs edilib.

Silahlı terror təşkilatına üzvlükdə və terror təbliğatında ittiham edilən qadın deputat daha əvvəl həbs edilsə də, mayın 3-də azadlığa buraxılmışdı. Lakin prokurorluq bununla razılaşmamış və qərara etiraz etmişdi. Mayın 8-də məhkəmə Besimə Qönçənin yenidən saxlanılması barədə qərar qəbul etmişdi.

Deputat 20 gün sonra Batman hava limanında saxlanılıb. Məhkəmə qarşısına çıxarılan Besmiə Qönçə barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, o, azadlığa buraxılarkən ölkəni tərk etməsinə qadağa qoyulmuşdu.