Türkiyədə Polad Həşimovun adına park olacaq

Türkiyədə Polad Həşimovun adına park olacaq

Bu ilin iyulunda Ermənistan qoşunlarının Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı Türkiyənin Bursa vilayətində salınacaq parka veriləcək.

Bunu Bursanın Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar deyib.

O bildirib ki, həmin park yaxın zamanlarda salınacaq.