Türkiyədə meşə yanğınları 7 vilayəti əhatə edib

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyədə davam edən meşə yanğınları 7 vilayətin ərazisini əhatə edib.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin Meşə təsərrüfatı baş idarəsi bildirib.

Qeyd olunur ki, hazırda yanğınlar Antalya, Muğla, Aydın, İsparta, Dənizli, Adana və Hatayda davam edir.

Eyni zamanda, ölkə ərazisində 183 yanğın nöqtəsinin olduğu bildirilib. Hazırda onlardan 167-nin qarşısı alınıb.