Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 232 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 43 821 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 13 029 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 072 462 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 35 167 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 4 801 291 nəfər təşkil edir.