Türkiyədə koronavirusdan sağalanların sayı 3 milyon nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 152 nəfər dünyasını dəyişib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 31 537 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 39 302 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 3 317 182 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 19 193 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 3 014 226 nəfər təşkil edir.