Türkiyədə komendant saatının müddəti azaldılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərin bir hissəsinin ləğv edildiyini elan edib.

AzerTimes-ın məlumatına görə, iyun ayı ərzində komendant saatı bazar ertəsindən şənbə gününə kimi 22:00-dan 05:00-dək, həmçinin bazar günü bütün gün ərzində qüvvədə olacaq.

Qeyd edək ki, daha əvvəl komendant saatı bazar ertəsindən cümə gününə kimi 21:00-dan 05:00-dək, həmçinin şənbə və bazar günləri bütün gün ərzində davam edirdi.