Türkiyədə fövqəladə vəziyyət yenə 3 ay müddətinə uzadıldı

Türkiyədə fövqəladə vəziyyət yenə 3 ay müddətinə uzadıldı

  Türkiyə Parlamenti ölkə ərazisində fövqəladə vəziyyətin daha 3 ay müddətinə uzadılması barədə qərar qəbul edib.    

Daha öncə fövqəladə vəziyyətin müddətinin daha 3 ay uzadılması ilə bağlı ölkənin baş naziri Binəli Yıldırm çıxış etmişdi.

Qeyd edək ki, bu artıq dördüncü dəfədir ki, Türkiyədə fövqəladə vəziyyətin müddəti uzadılır.

Türkiyədə fövqəladə vəziyyət ötən ilin iyul ayında hərbi çevrilişə cəhddən sonra tətbiq edilib. Həmin vaxtdan sonra ölkə parlamenti tərəfindən fövqəladə vəziyyət 3 dəfə 3 ay müddətinə uzadılıb.