Türkiyədə fabrik yanır (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin şimal-qərbindəki Bursa şəhərində tekstil fabrikində yanğın başlayıb.

AzerTimes-ın məlumatına görə, fabrikdəki xammalın yanması nəticəsində yanğının sahəsi böyüyüb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb olunub. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilib.

Hazırda yanğının söndürülməsi üçün işlər aparılır.