Türkiyədə dünən gecə benzinin qiyməti artdı

Türkiyədə dünən gecə benzinin qiyməti artdı

Türkiyədə benzin və mazutun qiyməti dünən gecə yarısından etibarən 0.11(0,05 AZN) lirə artdı.

Ankarada 1 litri orta hesabla 5,12 lirədən satılan benzinin qiyməti 5,23 lirə İstanbulda 5,07 lirədən 5,18 lirəyə, İzmirdə 5,09 lirədən 5,20 lirəyə yüksəldi.

Topdan satış şirkətləri bu artımın elə də böyük olmadığını deyir.

Mazutun qiyməti isə Ankarada 4,48 lirədən 4,59 lirəyə, İstanbulda 4,44 lirədən 4,55 lirəyə, İzmirdə 4,47 lirədən 4,58 lirəyə qədər artdı.

Xatırladaq ki, Türkiyədə benzinin qiyməti sonuncu dəfə 5 iyulda 0.13 lirə (0,06 AZN) , mazut isə 6 iyulda 0.11 lirə (0,05 AZN) artmışdı.