Türkiyədə dəhşətli terror aktının qarşısı alındı

Türkiyədə dəhşətli terror aktının qarşısı alındı

Türkiyədə PKK tərəfindən hazırlanan daha bir dəhşətli terror aktının qarşısı alınıb.

Ölkənin təhlükəsizlik qüvvələri tərəfindən Van vilayətinin mərkəzində terror törətmək üçün hərəkətdə olan bomba yüklü avtomobil zərərsizləşdirilib. Antiterror əməliyyatında iki terrorçu məhv edilib.