Türkiyədə Azərbaycan xüsusi təyinatlılarının kursu başa çatıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Azərbaycan ordusunun hərbçiləri Türkiyənin İsparta vilayətində yerləşən Xüsusi Təyinatlılar Məktəbi ilə Terrorla Mübarizə üzrə Təlim və Tədris Mərkəzi Komandanlığının “Xüsusi təyinatlılar kursu”nu uğurla başa vurub.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, kurslar 6 həftə davam edib.


Kursu başa vuran hərbçilər üçün bağlanış mərasimi təşkil edilib.

Teqlər: