Türkiyədə ATIŞMA – Bir hərbçi şəhid oldu

Türkiyənin Diyarbəkir vilayətinin Liçə rayonunda terrorçularla baş verən atışmada bir hərbçi şəhid olub, daha iki əsgər yaralanıb.

Yenicag.az türk mətbuatına istinadla xəbər verir ki, terrorçularla atışma zamanı üç hərbçi yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Lakin xəsarəti ağır olan jandarmın həyatını xilas etmək mümkün olmayıb.

Bölgəyə əlavə hərbi qüvvələr göndərilib.

www.yenicag.az

Teqlər: