Türkiyədə 5 PKK terrorçusu məhv edilib

Türkiyənin Siirt əyalətinin Pervari rayonunda 5 PKK terrorçusu məhv edilib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Siirt əyaləti polisinin regional idarəsi, Aviasiya İdarəsi, Siirtin Jadarm Komandanlığı və Türkiyə HHQ-nin birgə əməliyyatı xüsusi xidmət orqanları ilə koordinasiyada həyata keçirilib.

Qeyd edilir ki, terrorçulara qarşı əməliyyatda PUA-lardan da istifadə edilib.