Türkiyədə 5,8 bal gücündə zəlzələ oldu

Türkiyədə 5,8 bal gücündə zəlzələ oldu

Türkiyənin Bingöl şəhərində 5,8 bal gücündə zəlzələ olub.

Yerli saatla 17:24-də baş verən zəlzələnin ocağı 5 km dərinlikdə yerləşib.

Bingöl valisi Kadir Ekincinin sözlərinə görə, təbii fəlakət zamanı Dinarbey və Elmalı kəndlərində 10 ev çöküb, xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

Zəlzələ Diyarbəkir, Ərzurum, Muş və Malatyada da hiss edilib.