Türkiyədə 4 terrorçu zərərsizləşdirilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin cənub-şərq vilayətlərində Daxili İşlər Nazirliyinin həyat keçirdiyi antiterror əməliyyatları davam edir.

AzerTimes-ın məlumatına görə, son sutka ərzində Van vilayətində 3, Mardin vilayətində 1 terrorçu zərərsizləşdirilib.

Terrorçulardan birinin axtarışda olan PKK mənsubu Süleyman Öztürk olduğu bildirilib.


Bölgədə “Ərən” antiterror əməliyyatları davam etdirilir.

Təhlükəsizliyin təmin olunmasına jandarm xüsusi qüvvələri, PUA-lar, eləcə də Hərbi Hava Qüvvətlərinə məxsus helikopterlər nəzarət edir.