Türkiyədə 180 meşə yanğınının qarşısı alınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyədə 9 gün ərzində 38 vilayətdə 180 meşə yanğınının qarşısı alınıb.

AzerTimes-ın məlumatına görə, bunu ölkənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdemirli öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, hazırda 5 vilayətdə 12 meşə yanğını davam edir.


Son məlumatlara əsasən, Antalyada 2, Aydında 1, Dənizlidə 1, İspartada 1 və Muğlada 7 nöqtədə yanğınla mübarizə aparılır.