Türkiyə və Azərbaycan kosmik tədqiqatlar sahəsində əməkdaşlıq edəcək – Nazir

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə və Azərbaycan kosmik tədqiqatlar sahəsində əməkdaşlıq edəcək.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank deyib.

O bildirib ki, Ankara ilə Bakı arasında razılaşma əldə olunub və hazırda imzalanma mərhələsindədir.


Nazir əlavə edib ki, Türkiyə kosmik tədqiqatlar sahəsində həm də Pakistanla əməkdaşlıq edəcək.