Türkiyə və Azərbaycan hakim partiyaları niyyət protokolunu imzalayıb (FOTO)

Xəbər - Elçin Mehdiyev – Trend:

Yeni Azərbaycan Partiyası Sədrinin müavini Tahir Budaqov və Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuş YAP ilə AKP arasında əməkdaşlığa dair niyyət protokolunu imzalayıblar.

AzerTimes-ın məlumatına görə, protokol YAP nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində imzalanıb.

Ankarada AKP-nin mərkəzi qərargahında keçirilən görüşdə iki qardaş ölkənin hakim siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin real vəziyyəti yüksək dəyərləndirilib, perspektivlər müzakirə edilib.

İmzalanma mərasimindən sonra YAP Sədrinin müavini Tahir Budaqov və AKP Sədrinin birinci müavini Numan Kurtulmuş birgə mətbuat konfransı keçiriblər.

İyunun 3-də davam edəcək səfər çərçivəsində partiya heyətlərinin digər görüşləri keçiriləcək, həmçinin YAP və AKP-nin gənclər birlikləri və təftiş komissiyaları arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Teqlər: