Türkiyə telekanalında ‘Kurtlar Vadisi Kaos’ serialı başlayır

Türkiyə telekanalında ‘Kurtlar Vadisi Kaos’ serialı başlayır

“Pana Film”in yeni layihəsi olan “Kurtlar Vadisi Vatan”ın treylerinin təqdimatı olub.

Necati Şaşmazın baş rolunu canlandırdığı və uzun illər serial olaraq çəkilən, həmçinin 4 ayrı filmi ilə ekranlara çıxan “Kurtlar Vadisi” seriyasının yeni filminin fraqmanının təqdimatında maraqlı anlar yaşanıb.

Təqdimat zamanı mətbuata açıqlama verən Necati Şaşmaz Türkiyədə ilk dəfə bir filmin treyleri üçün qala təşkil edildiyini bildirib. O, çəkilişlərin 5 həftə davam etdiyini bildirib:

“Biz bu filmi çəkməyi qərarlaşdırandan bu günə kimi çox əziyyət çəkdik. Avqustun 17 yada 18-də Türkiyədəki çevrilişə cəhd hadisələri ilə bağlı film çəkmək istədiyimizi dedik. Böyük tələb olduğu üçün bu işə girişdik”.

Aktyor onlara edilən təzyiqlərə də üstüörtülü cavab verib:

“Əlbəttə ki, bu işin hüquqi tərəfləri də var, amma biz cavabımızı işimizlə vermək istədik və bu gün o cavabı veririk. Bizim kim olduğumuzu bu millət yaxşı bilir. İllər öncə heç kimin qarşı çıxmadığı bir vaxtda, biz FETÖ ilə mübarizə aparırdıq və aparmağa da davam edəcəyik. “.

Necati Şaşmaz yeni serial barəsində də məlumat verib:

“Yeni serialımızın adı “Kurtlar Vadisi Kaos” olacaq. Serial 2018-ci ilin əvvəllərindən efirə gedəcək”.

Qeyd edək ki, rejissoru Serdar Akarın olduğu filmdə baş rolları Cahit Kayaoğlu, Erhan Ufak, Nezih İşıtan, Ertuğrul Şakar və Yücel Erten canlandırıb.