Türkiyə Süveyş kanalında gəminin xilas edilməsi üçün kömək təklif edib

Xəbər - Orxan Nəbiyev – Trend:

Süveyş kanalında saya oturaraq hərəkəti iflic edən “Ever Given” konteyner gəmisinin xilasetmə işləri davam edir.

AzerTimes-ın məlumatına görə, hazırda gəminin ön hissəsində torpağın qazılması yolu ilə hərəkətin bərpa olunması işlər aparılır.

Türkiyə hğkuməti gəminin xilas edilməsi ilə əlaqədar Misir hökumətinə yardım etməyə hazır olduğunu bildirib. Eyni zamanda, ABŞ da hadisə yerinə öz gəmilərini göndərə biləcəyini deyib.


Hazırda Süveyş kanalında yaranmış tıxacda yüzlərlə gəminin qaldığı deyilir.