Türkiyə Superkubokunun qalibi müəyyənləşdi

Türkiyə Superkubokunun qalibi müəyyənləşdi

Türkiyə Superkubokunun qalibi bəlli olub.

Həlledici matçda çempion “Beşiktaş” ölkə kubokunun qalibi “Konyaspor”la qarşılaşıb.

Samsunda baş tutan matç “Konyaspor” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, konyalılar tarixdə ilk dəfə Türkiyə Superkubokunun qalibi olublar.

“Beşiktaş” 1:2 “Konyaspor”
Qollar: Tosun (77); Traore (33), Skubiç (90+1)