Türkiyə “Sputnik V” vaksini ilə bağlı Rusiya ilə danışıqları davam etdirir – Ərdoğan

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə “Sputnik V” koronavirus vaksini ilə bağlı Rusiya ilə danışıqları davam etdirir.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Almaniya ilə vaksin barədə razılaşma da qüvvədədir:


“Bizim Rusiya ilə də razılaşmalarımız var, səhiyyə nazirlərimiz bu sahədə təmasları davam etdirir”.

Teqlər: