Türkiyə səfiri dəstəyə görə Azərbaycana təşəkkür etdi

Xəbər - Elçin Mehdiyev – Trend:

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı meşə yanğınları ilə bağlı Azərbaycanın dəstəyinə görə təşəkkür edib.

AzerTimes-ın məlumatına görə, C.Bağçı bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Başda dost və qardaş Azərbaycan olmaqla, meşə yanğınları ilə bağlı bizə dəstək verən bütün ölkələrə təşəkkür edirik” – deyə, o bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən, Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək.

Teqlər: