Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu zərərsizləşdirdi

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında növbəti dəfə antiterror əməliyyatı keçirib.

Trend-in məlumatına görə, bu barədə ölkəni Milli Müdafiə Nazirliyi öz “Twitter” səhifəsində yazıb.

Qeyd olunur ki, əməliyyat nəticəsində 13 PKK-lı terrorçu zərərsizləşdirilib.

Həmin terrorçuların hücum həyata keçirmək planlaşdırdıqları məlum olub.

Xatırladaq ki, ötən gün Suriyanın şimalında hücum nəticəsində 1 türkiyəli hərbçi həlak olmuşdu.