Türkiyə ordusu İraqın şimalında mağaraya sığınan 12 terrorçunu məhv edib (VİDEO)

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında antiterror əməliyyatı zamanı azı 12 PKK silahlısını məhv edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, xüsusi təyinatlı dəstələr bölgədə girilməsi mümkün hesab olunmayan və terrorçuların qərargah kimi istifadə etdikləri mağaraya daxil olub və orada olan terrorçuları zərərsizləşdirib.


Bölgədə “Pəncə İldırım” əməliyyatı davam etdirilir.