Türkiyə ordusu ilin əvvəlindən 836 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu 2021-ci il yanvarın 1-dən aprelin 21-dək antiterror əməliyyatları regionunda 836 terrorçunu zərərsizləşdirib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildiriblər.


Nazirlikdən qeyd edilib ki, bölgədəki terror qruplaşmalarına qarşı qətiyyətli və effektivli mübarizə davam etdiriləcək.