Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini yüksəldib

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 19 faizədək yüksəldib.

AzerTimes-ın məlumatına görə, bu barədə Bankın açıqlamasında deyilir.

Bu günədək ölkədə uçot dərəcəsi 17 faizə bərabər idi.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı ötən ilin oktyabrında uçot dərəcəsini 10,25 faizdən 15 faizədək yüksəltmişdi. Növbəti dəfə ötən ilin dekabrında həmin göstərici 17 faiz həddində müəyyən edilmişdi.