Türkiyə HHQ İraqın şimalında 7 terrorçunu məhv edib

Türkiyə Hərbi Hava Qüvvələri “Pəncə” əməliyyatı çərçivəsində İraqın şimalında 7 PKK terrorçusunu məhv edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkədəki səhifəsində deyilir.


Məlumatda deyilir ki, Türkiyə terrorizm tamamilə yox olana qədər mübarizəni qətiyyətlə davam etdirəcək.