Türkiyə HHQ İraqın şimalında 3 PKK terrorçusunu zərərsizləşdirib

Xəbər - Trend

Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatı İraqın şimalında PKK terrorçularına qarşı birgə əməliyyat keçiriblər.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçuların İraqın Qara rayonunda yerləşən obyetlərinə hava zərbəsi endirilib. Hava zərbəsi nəticəsində 3 PKK terrorçusu zərərsizləşdirilib.