Türkiyə 1 milyard dollardan çox müdafiə sənayesi məhsulu ixrac edib

2021-ci ilin yanvar-may aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 48,3 faiz artaraq 1,12 milyard dollara bərabər olub.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

May ayında Türkiyə 170,347 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2020-ci ilin mayı ilə müqayisədə 51,6 faiz çoxdur.

Son 12 ay ərzində (may 2020 – may 2021) Türkiyə 2,643 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.

(Tərcümə: Orxan Nəbiyev)