“TURAZ Şahini – 2021” təlimlərində ətrafı tanıma uçuşları keçirilib (FOTO)

“TURAZ Şahini – 2021” birgə taktiki-uçuş təlimləri davam edir. Təlimlərin planına əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib. Təhlükəsizlik qaydaları çatdırılıb.

Sonra türkiyəli pilotlar F-16 qırıcı təyyarələrində, azərbaycanlı hərbi təyyarəçilər isə Miq-29 və Su-25 təyyarələrində uçuşlar keçiriblər.


Təlimlər davam edir.

Teqlər: