Tunisdə vətəndaşlar və əcnəbilər üçün vaksinasiya pasportları tətbiq olunacaq

Tunis prezidenti Qais Said vətəndaşlar və əcnəbilər üçün vaksinasiya pasportlarının tətbiqi haqqında fərman imzalayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Mosaïque FM radio stansiyası bildirib.

Belə pasport Tunis vətəndaşlarına və ölkədə yaşayan 18 və daha yuxarı yaşda olan və vaksinasiya prosedurundan keçmiş əcnəbilərə veriləcək.

Bundan əlavə, Tunisə müvəqqəti gələn əcnəbilərə, xarici ölkələrdə peyvənd sertifikatı alan Tunis vətəndaşlarına da vaksinasiya pasportu verilə bilər.