Trampın yeni siyasəti

Trampın yeni siyasəti

ABŞ prezidenti Donald Tramp ölkənin şelfində neft və qaz yataqlarının işlənilməsinə dair yeni proqramın hazırlandığını bildirib.  

Tramp bu barədə Energetika Nazirliyində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, ölkənin sahilləri boyunca yerləşən enerji sərvətlərinə yol açacaq.

Tramp qeyd edib ki, bu addım əlavə enerji resurslarının üzərinə qoyulmuş qadağaları aradan qaldırmağa imkan yaradacaq. Onun sözlərinə görə, əvvəlki administrasiya dövründə həmin yataqların əksəriyyətinin işlənilməsinə qadağa qoyulmuşdu.