Trampdan etirazçılara ÇAĞIRIŞ: “Dinc qalın!”

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda etiraz aksiyası keçirənlərə müraciət edərək, onları dinc hərəkət etməyə çağırıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Twitter” səhifəsində yazıb.

“Xahiş edirəm, paytaxt polisimizi və asayiş keşikçilərimizi dəstəkləyin. Onlar həqiqətən də bizim ölkəmizin tərəfindədir. Dinc qalın!”

Qeyd edək ki, Tramp daha əvvəl mitinqdəki minlərlə tərəfdarı qarşısında çıxış edərək,  onları Konqresə getməyə çağırıb.

www.yenicag.az

Teqlər: