Trampa zəhərli maddə ilə sui-qəsd cəhdi edildi

Trampa zəhərli maddə ilə sui-qəsd cəhdi edildi

ABŞ Prezidenti Donald Trampa içərisində zəhərli risin maddəsi olan paket göndərilib.

Az miqdarda belə insan ölümünə səbəb olan maddənin qoyulduğu paket Ağ Evin təhlükəsizlik qüvvələri tərəfindən götürülùb. 2 dəfə test edildikdən sonra zəhərin mövcudluğu təsdiq edilib. Faktla bağlı ABŞ-ın Federal Təhqiqatlar Bürosu və Prezidentin mühafizəsinə məsul olan Gizli xidmət araşdırmalara başlayıb. Ağ Evdən məsələ ilə bağlı hələlik açıqlama verilməyib.

Qeyd edək ki, risin sianid turşusundan 6 min dəfə daha zəhərlidir. Qaz şəklində dağılarkən ağciyər çatışmazlığına səbəb olan bu maddə 36-72 saat ərzində nəfəs çatışmazlığı yaradır. Risinə məruz qalan insan üçün antidot yoxdur.