Tramp: Yaxın şərqə qoşun yeritmək ölkəmizin ən böyük səhvi idi

Tramp: Yaxın şərqə qoşun yeritmək ölkəmizin ən böyük səhvi idi

ABŞ Prezidenti Donald Tramp ölkənin bütün tarixi boyu etdiyi ən böyük səhvi açıqlayıb.

Tramp bu barədə “Axios” verilişinə verdiyi müsahibədə danışıb.

“Yaxın Şərqə qoşun göndərmək və özümüzü bölgədəki münaqişələrə sürükləmək qərarı ölkəmizin tarixində ən böyük səhv idi”,- deyə Tramp qeyd edib.

Trampın fikrincə, əvvəlki ABŞ liderləri ümumiyyətlə Yaxın Şərqə “gəlməməli” idilər. Prezident özünün də bu bölgədəki insanların təhlükəsizliyini təmin etmək üçün çox şey etdiyini və İŞİD lideri Əbu Bəkr əl-Bağdadini aradan götürdüyünü xatırladıb.

Qeyd edək ki, Tramp dəfələrlə ABŞ-ın Yaxın Şərqdəki silahlı münaqişələrə öz iştirakı ilə son qoymaq istədiyini bildirib.