Tramp və həyat yoldaşı koronavirusa yoluxdu

Tramp və həyat yoldaşı koronavirusa yoluxdu

ABŞ Prezidenti Donald Tramp və həyat yoldaşı Melaniya Tramp koronavirusa yoluxub.

Tramp öz “Twitter” hesabında bu barədə məlumat yayıb.

“Bu gün birinci xanımın və mənim COVID-19 test nəticələrimiz pozitiv çıxdı. Karantin və sağalma prosesinə dərhal başlayacağıq. Bunu birlikdə keçəcəyik!”,- deyə Tramp qeyd edib.