Tramp səsvermənin dayandırılmasını tələb etdi

Tramp səsvermənin dayandırılmasını tələb etdi

ABŞ Prezidenti Donald Tramp səslərin hesablanmasının dayandırılmasını tələb edib.

D. Tramp öz twitter səhifəsində bu barədə yazıb:

“Səsləri saymağı dayandırın!”

Bundan əvvəl Trampın seçki qərargahı Arizona və Nevada ştatlarında bülletenlərin saxtalaşdırılması iddiası ilə səslərin hesablanmasının dayandırılmasını tələb etmişdi. Belə bir iddia Corciya, Pensilvaniya, Miçiqan ştatlarına qarşı da irəli sürülmüşdü. Respublikaçıların nümayəndələri, həmçinin, Viskonsində səslərin yenidən hesablanmasını tələb etmişdilər.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Seçki marafonunun qalibi hələlik elan edilməyib. Tramp lazım olan 270 səsdən 214-nü, Demokratlar partiyasından olan rəqibi Co Bayden isə 264-nü toplayıb.