Tramp müsəlmanları təbrik etdi

Tramp müsəlmanları təbrik etdi

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp müsəlmanları müqəddəs Ramazan ayının başa çatması və Fitr bayramı münasibəti ilə təbrik edib.  

Bu barədə prezidentin Ağ ev tərəfindən yayılan təbrikində deyilir.

“ABŞ müsəlmanları müqəddəs Ramazan ayında etiqad və xeyriyyəçilik işlərində bütün dünya müsəlmanlarına qoşulurlar. Onlar ailələri və dostları ilə Eyd əl-Fitri bayram edərkən qonşulara yardım ənənəsinə sadiq qalaraq öz çörəklərini ən müxtəlif həyat tərzi sürən insanlarla bölüşürlər. Bu bayram bizə mərhəmət, şəfqət və xoşməramlılığın vacibliyini xatırladır. ABŞ dünya müsəlmanları ilə birgə bir daha bu dəyərlərə bağlı olduğunu ifadə edir”, — deyə təbrikdə qeyd olunur.